PDF Oxu

Siyasət

  • 1 594

"COP29-da iştirak edən ölkələr həqiqətləri görəcəklər" - ŞƏRH EDİLDİ

image

“Düşmən işğalından azad edilmiş ərazilərimizin planlı şəkildə dirçəldilməsi, qurulması və vətəndaşlarımızın dədə-baba torpaqlarına qaytarılması ilk növbədə dövlətimizin bu məsələdə aydın, konkret və dəqiq siyasətinin olduğunu göstərir. Cənab Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən bu siyasəti müvafiq qurumlar səliqə-səhmanla həyata keçirirlər. Böyük Qayıdış məsələsindən danışarkən üç vacib xüsusa diqqət yetirməyi zəruri hesab edirəm. Birincisi cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazilərimizin düşmən işğalından təkbaşına, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlı hesabına azad edilməsi dövlətimizin sərt gücünün nə qədər möhtəşəm olduğunu göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədrinin müavini Musa Qasımlı deyib.O bildirib ki, ikinci olaraq torpaqlar işğaldan azad edildikdən sonra ərazilərin minalardan təmizlənməyə başlanması, dirçəliş və quruculuq işləri də dövlətimizin maliyyə-iqtisadi qüdrətini göstərdi: “Hərb meydanında zəfəri Azərbaycan milləti və dövləti təkbaşına qazandığı kimi, işğaldan azad edilmiş ərazilərdə də gördüyü işləri dövlətimiz heç bir xarici ölkənin və ya beynəlxalq maliyyə qurumunun yardımı olmadan özü aparır. Bu da təsdiq edir ki, cənab Prezidentin rəhbərliyi altında dövlətimizin maliyyə-iqtisadi siyasəti dəqiq qurulub. Müharibədən əvvəl, müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə dəqiq yerinə yetirilir. Belə vəziyyət ölkəmizdə bütün işlərin sistemli, planlı şəkildə aparıldığını göstərir. Üçüncüsü Böyük Qayıdış proqramının COP29-la paralel şəkildə həyata keçirilməsi Azərbaycanda dövlət və hökumət strukturlarının nizam-intizamlı fəaliyyətinin göstəricilərindən biridir. Azərbaycan bir tərəfdə ərazilərini dirçəldir, qurur, o biri tərəfdə isə vətəndaşlarını bütün təminatı ilə dədə-baba torpaqlarını həyata keçirir. Eyni zamanda bunlarla bərabər böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir.COP29-un Azərbaycanda keçirilməsi ölkə başçısı İlham Əliyevin beynəlxalq şəxsi nüfuzu, ona olan inam və etibarla bilavasiyə bağlıdır. COP29-da iştirak edən ölkələr Azərbaycan həqiqətlərini görəcəklər. Bütün bunlar göstərir ki, ölkəmizdə dəqiq planlaşdırılan və həyata keçirilən siyasət yürüdülür və bu da dünya üçün örnəkdir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər