PDF Oxu

Siyasət

  • 1 233

Entoni Blinken İsrail və Misir rəsmiləri ilə telefon danışığı aparıb

Telefon danışığı apararaq Qəzzadakı hadisələri müzakirə edib

image

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken İsrailin Müdafiə naziri Yoav Qallant və Misirin Xarici işlər naziri Bədr Əbdulati ilə ayrı-ayrılıqda telefon danışığı apararaq Qəzzadakı hadisələri müzakirə edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin verdiyi açıqlamaya görə, Blinken Qallant ilə görüşündə İran və onun dəstəklədiyi qruplardan gələcək təhlükələrə qarşı ABŞ-ın İsrailin təhlükəsizliyinə bağlılığını bir daha vurğulayıb. O, Qəzzadakı bütün mülki şəxslərə humanitar yardımın əhəmiyyətli dərəcədə artırılması üçün İsraili daha çox addımlar atmağa çağırıb və buradaki müharibənin dayandırılmasının, bütün əsirlərin öz evlərinə qayıtmalarının təmin edilməsinin və münaqişədən sonra Qəzzadakı fələstinlilər üçün yenidənqurma ilə bağlı bir yol xəritəsi hazırlanmasının vacibliyini qeyd edib. Tərəflər həmçinin Livandaki livanlı və israilli mülki şəxslərin evlərinə təhlükəsiz şəkildə qayıtmalarını təmin edəcək diplomatik həll yollarına dair səyləri danışıblar.

Blinken Əbdulati ilə görüşündə isə Qəzzadakı müharibənin sona çatdırılması və humanitar yardımların artırılmasının vacibliyini vurğulayıb. O, Qəzzada münaqişədən sonrakı dövr üçün təhlükəsizlik və yenidənqurmanı təmin edəcək yol xəritəsinin əhəmiyyətini ifadə edib. Rəsmilər Livanda Mavi Xəttin hər iki tərəfindəki mülki şəxslərin evlərinə geri qayıtmasını təmin edəcək diplomatik həll yollarına dair səyləri müzakirə ediblər. Entoni Blinken həmçinin livanlı liderlərin ölkədəki "prezidentlik kreslosunun boş qalması" məsələsini təcili olaraq həll etməli olduqlarını bildirib.

Digər xəbərlər