Siyasət

  • 1 460

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu ŞƏRH

image

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə Rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüş meydanında güclü ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazdı. Böyük sevinc və qürurla hər günü bir əsrə bərabər olan 44 günlük qələbəmizin 4-cü ildönümü – 8 noyabr Zəfər Günümüzün qeyd olunduğu gündür. Bu 30 illik arzularımızın, xəyallarımızın, yuxularımızın gerçəyə çevrildiyi, Qarabağa qovuşduğumuz Şanlı tariximiz, Zəfər Günümüzdür. Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında bütün dünyaya öz gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq tarixi qələbə qazandı. Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Qələbə Günü kimi yazıldı. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, Mədəniyyət paytaxtımız , muğamımızın beşiyi - Şuşa mənfur düşmən tapdağından qurtuldu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Azərbaycan Ordusunu inamlı qələbəyə aparan 44 günlük savaşda ədalətli müharibə apardıq. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Qəhrəman Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.

Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Bu gün isə Qarabağın yaraları sağalır, bu yerlərə həyat qayıtmağa başlayır. İşğaldan azad edilmiş bütün ərazilərimizdə quruculuq işləri bu gündə surətlə həyata keçirilir və Qarabağımıza yeni həyat qayıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

8 Noyabr Zəfər Günü - bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbənin 4-cü ildönümünü - Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd edir. Budur, Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın diplomatik siyasəti! Budur, xalqının Prezidenti olmaq! Budur, Liderlik missiyası!Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi. 8 noyabr Zəfər Günün mübarək, Azərbaycan!

Yaşasın Ali Baş Komandan!

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Digər xəbərlər