Torpaqlarımızın işğaldan qalması ilə Azərbaycan dövləti heç zaman barışa bilməzdi. Bizim bütün sərhədlərimizdə yalnız Azərbaycan bayrağının dalğalanması xalqımızın ən böyük arzusu idi və 44 günlük Vətən müharibəsində Azərbaycan şanlı Qələbə əldə edərək bu istəyinə çatmışdır. Ermənistan silahlı qüvvələri işğal etdikləri torpaqlarımızdan qovuldu. Bu müharibə zamanı Azərbaycan ordusu bir sıra mühüm strateji üstünlüklər əldə edərək, ərazisini bərpa etdi. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatına başlamışdır. Bir günlük antiterror əməliyyatı nəticəsində regiondakı separatçı qurumda ləğv olundu, Xankəndi birbaşa azad olundu və bu gün Azərbaycanın bütün sərhədlərini əsgərlərimiz qoruyur. Xankəndində böyük qürur hissi ilə Azərbaycan bayrağının dağalanmasını görürük və bütün bunlar hamısı Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir: “Ona görə Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçmişdir. Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq. Bununla paralel olaraq, ölkədə uzun illər ərzində daxili sabitlik, əmin-amanlıq, təhlükəsizlik, əlbəttə ki, bizi gücləndirirdi. Artıq Ermənistan bu gün məğlub ölkədir və nə qədər istəsə də revanş edə bilmir. Azərbaycanın güclü ordusu və siyasi təsiri, Ermənistanın revanş cəhdlərini əngəlləmişdir. Baxmayaraq ki, hazırda Ermənistana yenə də Qərb dövlətləri dəstək edirlər. Lakin Azərbaycan Cənubi Qafqazda istər siyasi baxımdan, istər ordu baxımdan güc sahibidir. Azərbaycan region da öz sözünü deyib və “Dəmir yığmırıq” hər zaman Ermənistana qarşı zərbə endirməyə hazırdır.Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müddət ərzində Azərbaycan xalqı ilə yanaşı, bütün dünya ermənilərin nə qədər vandal, vəhşi xislətə malik olduqlarının bir daha şahidi oldu. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verirdi. Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan terror aktları törətdi. Üstəlik bu hadisələrin qadağan olunmuş silahlar vasitəsilə həyata keçirilməsi düşmənin azğınlığını iki qat artırırdı.Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və Böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.
44 günlük Vətən müharibəsində Azərbaycan ordusu, göstərdiyi şücaət və fədakarlıqla tarixi bir dönəm yaşatdı. Ordunun müasir silahlarla, taktiki hazırlıqla və yüksək əhval-ruhiyyə ilə mübarizə aparması, onu uğurla irəliləməyə imkan verdi. Müharibənin ilk günlərindən etibarən Azərbaycan ordusu, düşmənin müdafiə xətləri üzərində sürətli hücumlar təşkil etdi. Bir sıra strateji yüksəkliklər və şəhərlər, o cümlədən Şuşa, Hadrut və Füzuli, uğurla azad edildi. Bu uğurlar, ordunun döyüş qabiliyyətinin, planlaşdırmasının və koordinasiyasının göstəricisi oldu. Eyni zamanda, döyüşçülərin fədakarlığı, onların cəsarəti və vətənpərvərlik ruhu, müharibənin gedişatında əhəmiyyətli rol oynadı. Hərbiçilərin döyüş meydanında göstərdiyi igidlik, həm də xalqın birliyini, milli ruhunu daha da gücləndirdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Bu prinsipial yanaşmalar, Azərbaycanın müstəqil və güclü orduya malik olmasını təmin edir, eyni zamanda regiondakı təhlükəsizlik vəziyyətinin müsbət istiqamətdə inkişafına töhfə verir. Bu siyasət, Azərbaycan ordusunun güclənməsinə, regionda təhlükəsizliyin təmin olunmasına və müstəqilliyin qorunmasına yönəlib. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən bu yanaşmalar, Azərbaycanın müasir, güclü bir orduya sahib olmasına gətirib çıxarıb.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...