Siyasət

  • 967

“Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”

image

Masallı rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının təşəbbüsü ilə “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda seminar keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirib ki, ölkəmizin əsas qanunu olan Konstitusiya hər bir vətəndaşın fəaliyyətinin əsasıdır. Çünki bu fəaliyyət müstəqil Azərbaycanın təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının qorunması işinə bilavasitə kömək edir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran mükəmməl normativ-hüquqi sənəddir. Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən demokratik prinsiplərini, insan haqlarını özündə ehtiva etməklə yanaşı, ölkəmizdə hüquqi dövlətin və insan azadlıqlarının qarantıdır.
Seminarda çıxış edən şəhər 2 saylı tam orta məktəbin müəllimi Elanora Babayeva, Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Böyük Xocavar kənd məktəbinin müəllimi Həlimə Məlikova və başqaları müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında Ümummilli Lider Heydər Əliyevin mühüm xidmətlərindən danışıblar.

Digər xəbərlər