Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Zəfər Günü - milli qürur və şərəf tariximiz” adlı tədbir keçirilib.Tədbir iştirakçıları əvvəlcə Ağstafa şəhərində yerləşən “Şəhid” Memorial abidə kompleksini ziyarət ediblər, kompleksin önünə gül dəstələri düzüblər.Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.Sonra isə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş film nümayiş etdirilib.
YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, “Mədəniyyət şöbəsi” ərazi partiya təşkilatının sədri Gülgün Kərimov, Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, partiya fəalı, şəhid bacısı Nərgiz Şıxməmmədova və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan qələbə ilə tarixin ən şərəfli səhifəsinin yazıldığını deyiblər. Qeyd olunub ki, Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü. Azərbaycan torpaqları düşmən işğalından azad olundu və bununla da xalqımızın əbədi olaraq doğma dədə-baba yurduna qayıdışı təmin edildi.
Sonra YAP sıralarına yeni qoşulmuş şəhid anasına üzvlük vəsiqəsi təqdim olunub.