Siyasət

  • 782

“Azərbaycan üçün ətraf mühitin qorunması önəmli məsələlərdən biridir” - ŞƏRH OLUNDU

image

"COP29-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı ilə bir çox maraqlı məsələlərə aydınlıq gətirildi. Göründüyü kimi Azərbaycan bu gün iqlim dəyişikliyi məsələsinə çox həssas yanaşır. Baxmayaraq ki, ölkəmiz 200 illik neft-qaz çıxarmaq tarixinə malikdir. Bununla belə ətraf mühitin qorunması bizim üçün əsas məsələlərdən biridir. Düzdür, 1993-cü ilə, yəni Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər bu məsələlər dövlət səviyyəsinə çatdırılmamışdı. Lakin bununla belə hazırda bu bizim strategiyamızın əsas xəttidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, iqlim dəyişikliyinə münasibət bizim üçün siyasət deyil, həyat tərzimizdir: "Əgər 1990-cı illərin əvvələrində büdcəyə gələn vəsaitin 90 faizindən çoxu neft-qaz ixracından əldə olunurdusa, hazırda bu 48 faizə düşüb. Bu o deməkdir ki,
30 il ərzində qeyri-neft sektorunun inkişafına ciddi fikir verilib. Ən əsası isə qeyri-neft sektorunun inkişafında ətraf mühitin qorunmasına xüsusi diqqət ayrılır.

Otuz il Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad etdikdən sonra hər yerin viran qaldığını gördük. Ötən dörd il ərzində yeni qəsəbələrin salınması, kommunikasiyaların yenidən qurulması yaşıl energetika siyasətinə uyğun şəkildə həyata keçirilir. Bərpa edilən su, külək və elektrik stansiyaları bu gün həmin zonanın elektrik təchizatında böyük rol oynayır. Artıq Azərbaycanda günəş və külək elektrik stansiyalarının tikintisi geniş vüsət alır, istehsal edilən elektrik enerjisinin həcmində alternativ enerjinin faizi günü-gündəj artır. Bu məsələdə Azərbaycan həm öz, həm də xarici ölkələrin müsbət təcrübəsinə söykənir. Eyni zamanda şəhərlərin abadlaşdırılmasında ətraf mühitin qorunması çox ciddi məsələdir və mühüm yer tutur. Regionlarımızda, yaşıllaşan şəhər və qəsəbələrimizdə parklar, yaşıllıqların salınması xüsusi yer tutur.

Ölkə başçısının çıxışı bir daha göstərdi ki, Azərbaycan üçün ətraf mühitin qorunması, iqlim dəyişikliyinə reaksiya verilməsi önəmli məsələlərdən biridir".

Digər xəbərlər