Bu gün - 14.11.2024-cü il tarixdə YAP Gədəbəy rayon Təşkilatının əməkdaşları, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev, eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canlarından keçən Şəhidlərimiz- rayonun Kələman kənd sakini Paşayev Firdovsi Afiq oğlunun doğum günü, Gədəbəy şəhər sakini Həsənov Novruz Cumalı oğlunun ildönümü münasibətilə məzarları ziyarət edilərək xatirələri ehtiramla anıldı, məzarları üzərinə gül dəstələri düzüldü və ruhlarına dualar oxundu.
Şəhid valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!