İqlim dəyişikliyi ilə bağlı birgə araşdırmaların aparılmasına dəstək verilməlidir. SİA xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının sədri Tanzila Narbayeva COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllində maliyyə ən önəmli məsələdir:"Özbəkistan da iqlim dəyişikliyindən əziyyət çəkənlərə dəstək məqsədilə aidiyyəti üzrə 31 milyon dollar investisiya yatırıb. Eyni zamanda qlobal təşəbbüsləri dəstəkləməyə davam edirik. İqlim dayanıqlılığının möhkəmləndirilməsi əsas hədəflərdəndir".