Siyasət

  • 11 979

"Bu hadisələr Ermənistanın terroru dəstəkləyən dövlət olduğunu göstərir" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Qarakənd faciəsi o zaman ən böyük faciələrdən biri idi". Bu sözləri SİA-ya açıqlamasında "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.O bildirib ki, Azərbaycanın dövlət rəsmilərinin təmsil olunduğu Azərbaycanın müdafiəsinin təşkili ilə məşğul olan Məhəmməd Əsədovun, İsmət Qayıbovun, dövlət katibi Tofiq İsmayılovun, çox dəyərli insanların toplaşdığı yerdə vertolyot vuruldu və yerə düşəndən sonra o insanların güllələnməsi, Məhəmməd Əsədovun isə girov götürülməsi fikirləri var: "Vertolyotda olan bu siyahıdakı generallar haqqında isə dolğun bir fikir yoxdur. Bu onu göstərirdi ki, ermənilər və onların havadarları müharibənin daha da güclənməsini istəyirdilər. İstəyirdilər ki, Azərbaycan torpaqlarını bütövlükdə işğal etsinlər. Bu terror hadisəsi, ardınca Xocalı soyqırımı, daha sonra Şuşanın, Laçının işğal olunması, Kəlbəcərin işğal olunması, bundan öncə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya edilməsi, Qarabağ və Qazaxın kəndlərində, Naxçıvan istiqamətində ard-arda terror hadisələri törədildi. Ulu Öndər hakimiyyətə gələndən sonra bu terrorların qarşısı alındı. Hətta Azərbaycanın müxtəlif şəhərlərində avtobusların, metronun partladılması Ermənistanın birbaşa terroru dəstəkləyən dövlət olduğunu göstərir. Müxtəlif zamanlarda, müxtəlif terror hadisələrini Azərbaycan dövləti sübut etmişdi.Bu gün Azərbaycan torpaqları işğaldan azad edilib. Bu gün həm də Ağdam şəhərinin azad olunması günüdür. İlahi ədalət bərpa olunub. Vertolyotda olanlar Ağdamdan Xocavənd rayonu ərazisinə uçurdular. Şəhidlərimizin qisası alındı. Onların iki arzusu var idi: Azərbaycan müstəqil olsun, ərazi bütövlüyü təmin olunsun, suverenliyi bərpa olunsun. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu, dövləti, xalqı ərazi bütövlüyünü, suverenliyini bərpa etdi".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər