Siyasət

  • 914

YAP-ın təşəbbüsü ilə Gəncə şəhərində şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçiriləcək

image

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün “Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!” şüarı altında keçirilən tibbi müayinə aksiyaları davam edir.

YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirovun rəhbərliyi ilə təşkil olunacaq növbəti aksiya noyabrın 23-24-də YAP Gəncə şəhər təşkilatının inzibati binasında saat 11:00-dan 17:00-a qədər keçiriləcək.
Aksiya çərçivəsində şəhid ailəsi üzvləri və qazilər üçün rəngli-doppler exokardioqrafiya, USM, kardioloji, endokrinoloji, nevroloji, qarın boşluğunun ultrasəs müayinələr aparılacaq.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə indiyə qədər Saatlı, Sabirabad, Kürdəmir, Quba, İsmayıllı rayonları və Lənkəran şəhərində bu qəbildən olan aksiyalar keçirilib.

Digər xəbərlər