Siyasət

  • 865

Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək

image

Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov Assambleyanın 70-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 22-də Kanadanın Monreal şəhərinə səfər edəcək. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, sessiya çərçivəsində “NATO-nun inkişaf edən hava və raket hücumundan müdafiə durumu”, “Qərbi Balkanlar: NATO-nun astanasında yeni təhlükəsizlik çağırışları” və digər mövzularda müzakirələr aparılacaq.Deputat səfər müddətində sessiyada iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.Qeyd edək ki, səfər noyabrın 28-də başa çatacaq.

Digər xəbərlər