Zəngəzur dəhlizinin yaxın zamanda reallığa çevriləcəyi artıq şübhə doğurmur və erməni baş nazir Nikol Paşinyanın bütün vədlərindən, nağıllarından fərqli olaraq, daha real görünür. Bunu haylar özləri də yaxşı başa düşürlər və etiraf da edirlər. Etiraf edilər ki, Paşinyanın daxili auditoriyanı aldatmaq üçün verdiyi bütün vədlər, danışdığı bütün nağıllar heç də inandırıcı deyil və reallıqdan uzaqdır. Çünki məhz Zəngəzur dəhlizinin istənilən halda ən yaxın zamanda mövcud olacağı erməni baş nazirin nağıllarından fərqli və təkzibedilməz reallıqdır.
Zəngəzur dəhlizi layihəsi mütləq reallaşacaq və buna reallıq kimi baxmaqdan başqa hayların özlərinin də çıxış yolu, çarələri qalmayıb
Nikol Paşinyanın nə danışmasından, nələri vəd etməsindən, daxili auditoriyaya hesablanan hansı uydurmalar ortaya atmasında asılı olmayaraq, nə Azərbaycan, nə də heç qardaş Türkiyə Zəngəzur dəhlizi layihəsindən imtina edən deyil. Həmin layihə hər iki qardaş ölkə üçün ciddi perspektivlər vəd etdiyi üçün onun reallaşması mütləq şəkildə olacaq və buna Cənubi Qafqazın məhz Ermənistan kimi hansısa cırtdan dövləti, səfalət içərisində olan, söz sahibi olmayan bir ölkəsi qətiyyən mane ola bilməyəcək. Biz sözlə, Zəngəzur dəhlizi layihəsi istənilən halda mütləq reallaşacaq və buna reallıq kimi baxmaqdan başqa hayların özlərinin də çıxış yolu, çarələri qalmayıb. Əslində, erməni əsilli siyasətçilərin, polotoloqların əksəriyyəti bunu indidən bəyan edirlər. Daha dəqiq desək, hayların öz "başbilənləri" belə bu reallığı qəbul etmək məcburiyyətində qaldıqlarını çoxdan etiraf edirlər.
Haylar bilirlər ki, Ermənistan hakimiyyəti kommunikasiya məsələsinin guya "sülh müqaviləsi" üzrə danışıqlardan çıxarıldığını növbəti ağ yalan olaraq, erməni cəmiyyətinə sırıyır. Bilirlər ki, rəsmi İrəvanın belə bir şansı da yoxdur və məğlub durumda olan bir ölkə hakimiyyətinin hansısa şərtlə çıxış etməsi barədə uydurmaları ancaq nağıl kimi görünə bilər. Artıq çoxdandır ki, ermənilər başa düşürlər ki, Paşinyan hakimiyyəti hər dəfə diplomatik məğlubiyyətin ardınca utanmadan iddia ilə, özü də əsassız və uydurma iddia ilə çıxış etməyi ənənə kimi qəbul edir. Amma haylar daha bu "ənənənin" uzun müddətdir davam etdiyini də görürlər və yalanların da fərqindədirlər. Onun da fərqindədirlər ki, rəsmi Bakı onların nazı ilə oynamaq kimi bir "öhdəliyi" öz üzərinə götürməyib və lazım olan məqamda şərt, hətta çox sərt şəkildə bununla bağlı bildiriləcək. Fərqindədirlər ki, tezliklə nəinki bu mövzunun müzakirəsinə qayıdılacaq, həm də başqa, daha geniş miqyasda, daha böyük təşəbbüslə də çıxış ediləcək. Heç Türkiyə də bu dəhlizin açılmasına qətiyyən biganə yanaşmayacaq və bunu qardaş ölkənin mövqeyindən də duymaq, başa düşmək çətin deyil.
Rəsmi İrəvanın ağız büzməyə, bəhanələr uydurmağa şansı da qalmır və artıq Zəngəzur dəhlisi layihəsi bir reallıq kimi görünür
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlunun məhz Zəngəzur dəhlizi ilə bağlı bəyanatından sonra haylar yuxularını lap qarışdırıblar. Çünki Türkiyə hökumətinin nümayəndəsi açıq şəkildə bildirib ki, Azərbaycan və Türkiyə arasında nəqliyyat sektorunda ən böyük layihə Zəngəzur dəhlizidir. Deməli, həmin dəhlizin reallaşması indi hər iki qardaş ölkənin maraqları dairəsindədir və buna hansısa miskin durumda olan Nikol kimi bir baş nazir, yaxud da onun "sözü hesaba alınmayan" hakimiyyət komandası buna qarşı çıxa bilməz. "Bu istiqamətdə biz Azərbaycan tərəfi ilə prosesləri fəal şəkildə davam etdiririk. Bu dəhlizin haradan keçəcəyinə, daha doğrusu, Ermənistan ərazisindənmi, yoxsa İran ərazisindənmi keçərək, istiqamət götürəcəyinə bizim azərbaycanlı qardaşlarımız özləri qərar verəcəklər. Amma biz bilirik ki, bu dəhliz Naxçıvandan keçərək, Türkiyəyə doğru çəkiləcək. Biz layihəmizi tamamladıq, tender keçirdik, yaxın günlərdə tikinti işlərinə başlayacağıq və Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik", deyə nazirin bildirdikləri erməni cəmiyyətinin kürkünə birə salıb. Çünki onlar daha da əmin olublar ki, dövlət rəhbərlərinin uydurmalarının nə və eləcə də nədən ibarət olmasından asılı olmayaraq bu layihə reallaşacaq. Artıq tamamilə əmindirlər ki, bir zamanlar avantüristcəsinə ortaya atılan hansısa beli çantalı, əli sarıqlı bir küçə nümayişçisinin, manipulyatorun uydurmalarından, nağıllarından fərqli olaraq, sözügedən dəhlizin olacağı artıq bir reallıqdır. Bu, Paşinyan kimi bir manipulyatorun nağıllarından fərqli reallıq olaraq, artıq elə hayların özləri tərəfindən də qəbul olunur.
Artıq ermənilər görürlər ki, reallıq tamamilə fərqlidir və "Sülh müqaviləsi" üzrə danışıqlardan kommunikasiyalar mövzusunun çıxarılması barədə Nikol Paşinyanın və onun hakimiyyət komandasının daxili auditoriyaya yönəlik cəfəngiyyatları, yalanları qətiyyən ayaq tutub yeriyən deyil. Görürlər ki, təkcə Azərbaycan tərəfi deyil, qardaş Türkiyə də həmin layihənin infrastrukturuna real investisiyalar qoymağa hazırdır. Bu da öz növbəsində o deməkdir ki, sülh müqaviləsinin imzalanmasından dərhal sonra elə məhz Türkiyənin və qardaş ölkə rəhbərinin vasitəçiliyi ilə haqqında qeyd olunan kommunikasiya məsələsi öz "həllini" tapacaq. Haylar bilirlər ki, bundan sonra rəsmi İrəvanın ağız büzməyə, bəhanələr uydurmağa şansı da qalmır və artıq Zəngəzur dəhlisi layihədən də çox reallıq kimi görünür.