Siyasət

  • 822

Hakan Fidan Portuqaliyada keçirilən BMT iclasında iştirak edəcək

Portuqaliyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar İttifaqının 10-cu Qlobal Forumunda iştirak edəcək

image

Türkiyənin Xarici işlər naziri Hakan Fidan 25-27 noyabr 2024 tarixlərində Portuqaliyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar İttifaqının 10-cu Qlobal Forumunda iştirak edəcək.

SİA-nın məlumatına görə, o, forumda çıxışı zamanı qütbləşmə, ayrı-seçkilik və radikalizmin artmasına diqqət çəkəcək.

Nazir Fidan dünyada sülhün təmin edilməsi üçün Orta Şərqdəki problemlərin həll olunmasının vacibliyini vurğulayacaq və artan İslam əleyhdarlığını xatırladacaq. Müsəlmanlara, Quran-Kərimə və məscidlərə edilən hücumlara qarşı birgə mövqe qəbul edilməsi üçün çağırış edəcək.

Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının İslam əleyhdarlığı ilə mübarizə üzrə səlahiyyətli nümayəndəsinin təyin edilməsinin bu istiqamətdə atıla biləcək mühüm bir addım olduğunu bildirəcək.

Türkiyə Xarici işlər naziri forum zamanı Sivilizasiyalar İttifaqı Dostlar Qrupu Nazirlər Toplantısında da iştirak edəcək. İclasda Dostlar Qrupunun üzvləri birgə bəyanata imza atacaqlar.

Digər xəbərlər