"2025-ci ilin dövlət büdcəsi ərazilərimiz işğaldan azad olunduqdan sonra beşinci dövlət büdcəsidir". SİA xəbər verir ki, bu sözləri deputat Əziz Ələkbərli deyib.Onun sözlərinə görə, 2025-ci il dövlət büdcəsində müdafiə məsələsini dəstəkləyirəm: "Deputat olduğum Saatlı rayonu bir sıra çətinliklərlə üz-üzədir. Saatlı rayonunun dörddən birində qaz yoxdur. Hər il bu məsələni işıqlandırıram. Bu rayonun 11 kəndinin qazı yoxdur. Saatlı rayonundakı qazsız kəndlərin hamısı yanyanadır. Niyə bu kəndlərə qaz çəkilməsi iqtisadi cəhətdən yararsız sayılır?"