Siyasət

  • 883

Ramin Məmmədov Portuqaliyada 10-cu Qlobal Forumda iştirak edəcək

image

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Birləşmiş Millətlər Təşkilatı (BMT) Sivilizasiyalar Alyansının (UNAOC) noyabrın 25-27-də Portuqaliyanın Kaşkayş şəhərində keçiriləcək 10-cu Qlobal Forumda iştirak edəcək. Bu barədə SİA-ya komitədən məlumat verilib.Bildirilib ki, tədbirdə BMT Sivilizasiyalar Alyansının Dostlar Qrupunun 160 üzvü, siyasi liderlər, beynəlxalq və regional təşkilatların nümayəndələri, dini liderlər və din xadimlərinin iştirakı nəzərdə tutulur.Forumda “Sülh birliyi: İnamın bərpası, gələcəyin yenidən qurulması: bəşəriyyət naminə iyirmi illik dialoq ətrafında müzakirələr” mövzusunda sülh və təhlükəsizlik, dünyada etimad və həmrəyliyin bərpa edilməsinə aid qlobal problemlərin müzakirəsi planlaşdırılır.

Digər xəbərlər