PDF Oxu

Siyasət

  • 1 365

"Ermənistan elə bir yol tutub ki,..." - ŞƏRH EDİLDİ

image

"Ermənistanın Azərbaycanla yeni müharibə hazırlıqları içərisində olması şübhəsizdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.O bildirib ki, hətta Ermənistanın Azərbaycanla müharibə hazırlıqları bir neçə istiqamətdə gedir: "Birinci növbədə Ermənistan yeni müharibədə özünə daha güclü hərbi-siyasi müttəfiqlər axtarışındadır. Məlumdur ki, Rusiya ilə əlaqələri getdikcə qırır. Çünki bundan əvvəlki müharibədə Ermənistan Rusiyadan möhkəm incik düşüb. Rusiyanın ona müttəfiqlik etmədiyi qənaətindədir. Buna görə də, açıq-aşkar sürətlə Rusiyadan uzaqlaşmaq və Avropa, Qərb ölkələri ilə yaxınlaşmaq kursu götürüb. Açıq-aşkar bu gün gedən proseslər göstərir ki, Ermənistan hazırlaşdığı yeni müharibədə Kipri, Yunanıstanı, Hindistanı və digər Avropa ölkələrini, eləcə də müəyyən mənada Amerikanı özünə müttəfiq kimi görmək istəyir.Ermənistanın gələcək müharibədə özünə yeni müttəfiq axtarışları onun yeni müharibəyə hazırlıq içində olduğunu göstərən böyük bir əlamətdir. Digər tərəfdən Ermənistan özünün silah arsenalını artırır. Artıq Yunanıstan, Hindistan və başqa ölkələrdən, hətta Rusiyanın müasir silahları sayılan S-300-lərin alınması ilə bağlı proses gedir. Bu da Ermənistanın yeni müharibə hazırlıqları içərisində olduğunu göstərən növbəti əlamətdir"."Bundan başqa Ermənistan özünün hərbi və güc strukturlarında büyük kadr dəyişiklikləri aparır. Bu da o deməkdir ki, ölkənin daxilində hakimiyyətin mövqeyini gücləndirməyə çalışır. Ermənistan hakimiyyətinin mövqeyinin gücləndirilməsi cəmiyyətə qarşı müəyyən repressiv xarakterli addımlardan da keçir. Elə buna görə də, hüquq-mühafizə orqanlarının rəhbərlərini, hərbi strukturların rəhbərlərini yeniləyir. Bu sahədə kadr dəyişiklikləri aparır. Ermənistanın müharibə hazırlıqları içərisində olduğunu göstərən ən böyük əlamətlərdən biri də sülh sazişinin imzalanmasından yayınması və onun mümkün qədər uzadılmasıdır. Artıq xeyli müddətdir ki, Azərbaycan saziş layihəsini Ermənistana təqdim etməsinə baxmayaraq Ermənistandan real cavab yoxdur. Hətta bu cavab veriləcəksə də, yenə də biz əminik ki, həmin saziş layihəsində Azərbaycanın prinsipial tələbləri və təklifləri nəzərə alınmayacaq. Çünki sazişin imzalanması üçün çox ciddi şərt sayılan konstitusiyanın dəyişdirilməsi və ATƏT-in Minsk qrupundan imtina olunması ilə bağlı Ermənistan hələ özünə siyasi gündəm yaratmayıb. Bu iki məsələni yerinə yetirmək fikrində deyil. Belə şəraitdə sülh sazişi ilə bağlı Ermənistanın təklifə cavab verməsi də vəziyyəti dəyişməyəcək. Yəni Ermənistan elə bir yol tutub ki, sazişin imzalanması yaxınlarda baş verməsin. Bütün bunlar bu ölkənin ciddi müharibə hazırlıqları içərisində olduğunu göstərən əlamətlərdir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər