PDF Oxu

Siyasət

  • 1 185

Kişineuda “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq xiyabanı salınıb

image

Kişineuda “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq xiyabanının açılışı olub. Diaporla İş Üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, xiyaban Moldova Azərbaycanlıları Konqresi (MAK) ictimai təşkilatının təşəbbüsü, Azərbaycanın Moldovadakı Səfirliyi və Kişineu Bələdiyyəsinin birgə əməkdaşlığı çərçivəsində salınıb.Tədbirdə Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev, Moldova parlamentinin üzvü və Moldova-Azərbaycan parlament dostluq qrupunun sədri Vitaliy Jakot, Moldovanın Ekologiya Nazirliyinin dövlət katibi Georqe Xadcer, Kişineunun vitse-prezidenti İrina Qutnik, MAK-ın sədri Elçin Bayramov və təşkilatın nümayəndələri eləcə də bələdiyyə nümayəndəsi Dmitri Gorelko iştirak edib.Açılış nitqi ilə çıxış edən Elçin Bayramov, eləcə də digər iştirakçılar Azərbaycan və Moldova arasında dostluq əlaqələrinin möhkəmlənməsinin əhəmiyyətindən danışıb.Həmçinin qeyd olunub ki, bu cür aksiya BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) ilhamlanaraq həyata keçirilib.

Digər xəbərlər