PDF Oxu

Siyasət

  • 1 169

Qəlblərdə yaşayan əbədi lider

image

Liderlər qlobal arenada xidmətlərinin miqyasına görə fərqli səviyyələrdə tanınırlar. Elə şəxsiyyətlər var ki, onlar yalnız öz Vətənində, doğma yurdunda tanınır, qəbul və təqdir olunur. Lakin elə siyasi xadimlər, dahilər var ki, onları bütün dünya tanıyır, eyni zamanda onlar zaman və məkan anlayışına sığmırlar. Ulu Öndər, dünyaşöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev məhz belə dahi şəxsiyyətlərdəndir. Heydər Əliyev bütün fəaliyyəti dönəmində öz xalqının xoşbəxt gələcəyi, milli maraqları uğrunda mübarizə aparmış, təkrarsız siyasət yürüdərək ölkəmizin müstəqilliyini qoruyaraq dağılmaqda olan bir ölkənin qurtuluşçu lideri kimi fenomen olmağı bacardı. Ulu Öndər Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxararaq müstəqil dövlətimizin gələcək qələbələrinin fundamental əsaslarını yaratmaqla milliliklə dövlətçiliyin vəhdətini təmin edərək onun sarsılmaz təməlini inşa etdi. SİA xəbər verir ki, bu fikirlər Naxçıvan MR Ali Məclisinin deputatı Xumar Məmmədovanın açıqlamasında yer alıb.Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin xalqın maraqlarını özündə əks etdirən uzaqgörən siyasəti ölkəmizin həm daxili, həm də xarici siyasətinin dəqiq konturlarını müəyyənləşdirdi. Azərbaycanda qanunsuz silahlı birləşmələrin fəaliyyətinin qarşısı alındı, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. 1994-cü ilin mayında Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Qarabağda döyüş bölgəsində axan qanı dayandırmağa imkan verən atəşkəs rejiminin tətbiqi haqqında saziş imzalandı. Ölkənin hərtərəfli inkişafının konseptual əsaslarını yaradan Heydər Əliyevin yürütdüyü siyasət ilə Azərbaycan dövlətçiliyi möhkəmləndirildi, təhlükəsizliyi təmin edildi, güclü nizami ordu quruldu, ölkə dünya birliyinə inteqrasiya olunmağa başladı və iqtisadi tərəqqi dövrünə qədəm qoydu.Bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərinə dövlətin ictimai-siyasi həyatının bütün sahələrində əsaslı islahatların aparılması daxildir. Ulu Öndərin uzaqgörənliyi və zəngin siyasi təcrübəsi sayəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutmağı bacardı.Ümummilli Lider xalqın gələcəyə inamını bərpa etdi, ölkənin sürətli inkişafı və dünya miqyasında yüksək nüfuzu üçün möhkəm zəmin yaratdı. Böyük dövlət xadimi Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə, Şərqlə Qərb arasında etibarlı körpüyə çevrildi.Ən əsası, Ümummilli Liderin müdrik strategiyası müqəddəs Vətən müharibəsində Böyük Qələbənin, doğma torpaqların azad edilməsinin və Azərbaycanın ərazi bütövlüyünün bərpasının əsasını qoydu.“Təqvimin 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Məhz təqvimin bu günündə dünya şöhrətli siyasətçi Heydər Əliyevin vəfatı bütün Azərbaycan xalqını matəmə qərq etdi. Azərbaycan xalqı öz qurucusunu, ölkəni xaosdan, fəlakətlərdən xilas edən xilaskarını itirdi. Xalq hər il bu günü ümumxalq hüzn günü kimi qeyd edir.Çünki bu gün xalqımızın Heydər Əliyev kimi lideri olmasaydı azad, qüdrətli bir ölkədə deyil, vətəndaş müharibəsi fonunda dağıdılmış bir məmləkətdə yaşayırdıq və kim bilir, taleyimiz necə olacaqdı! İftixarla qeyd etmək olar ki, Ulu Öndərin qurduğu müasir Azərbaycan dünya dövlətləri içərisində öz layiqli yerini tutaraq taleyinin ən qüdrətli dövrünü yaşayır və bütün uğurlarımız Heydər Əliyevin adı ilə bağlıdır.Heydər Əliyev olmasaydı, müstəqilliyimizə qəsd olunacaqdı. Xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev xoşbəxt gələcəyimiz uğrunda yorulmaz mübarizə apardı, ölkəni siyasi böhrandan, xarici təhlükələrdən xilas etməyi bacardı. Azərbaycanı parçalanma təhlükəsindən, vətəndaş müharibəsindən qoruyaraq lider kimi ümumxalq sevgisi qazandı.Bu gün müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət quruculuğunun Azərbaycan modeli bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilməkdədir. Məhz bu strategiya ilə biz qalib ölkənin qürurlu vətəndaşlarıyıq və bütün qələbələrimizə, uğurlarımıza görə biz Heydər Əliyevə borcluyuq!Atılan bütün addımlar, müxtəlif sahələrdə əldə olunan nailiyyətlər Ulu Öndərin gələcək nəsillərə əmanət qoyub getdiyi ideyaların parlaq təntənəsidir. Əbədiləşən bir ömür yolu keçən Ümummilli Lider Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafı və tərəqqisinə həsr etməklə milləti, dövləti üçün misilsiz xidmətlər göstərmişdir. Məhz bu xidmətlərinə görə Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyev daim Azərbaycan xalqının qəlbində yaşayacaq, hər zaman xalqımızın sonsuz məhəbbətinin qürur mənbəyi olacaqdır!”, - deyə Xumar Məmmədova qeyd edib.

Digər xəbərlər