Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.SİA xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.İnanıram ki, Azərbaycan-Bəhreyn əlaqələrinin genişləndirilməsi, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rifah arzulayıram".