Azərbaycanda növbəti seçki hazırlığı işlərinə başlanılıb. Daha doğrusu 2025-ci il yanvarın 29-da bələdiyyələrə növbəti seçkilər keçiriləcək. Əminliklə demək olar ki, azad və demokratik şəraitdə keçəcək bələdiyyə seçkiləri Azərbaycanın müstəqilik tarixinə yazılacaq növbəti uğurlu seçkilərdən olacaq. Seçki hazırlıqlarının uğurla aparıldığı vaxtda diqqətçəkən məqam ondan ibarətdir ki, dağıdıcı müxaliflər arasında seçkilərə münasibətdə fərqli mövqelər var. Hətta xaricdəki antimilli ünsürlər də bələdiyyə seçkiləri ilə bağlı Əli Kərimlidən, Gültəkin Hacıbəylidən, Arif Hacılıdan, Cəmil Həsənlidən fərqli mövqe ortaya qoyur, fikirlər səsləndirirlər. Yəni AXCP, Milli Şura və Müsavat bələdiyyə seçkilərinə qatılmamaq barədə adətlərinə uyğun sifarişli mövqe ortaya qoyub, sosial şəbəkələrdə məlumatlar paylaşdıqları halda xaricdəki antimilli ünsürlər, əksinə seçkilərə qatılmağın tərəfdarları olaraq çıxış edirlər. Bu da xaricdəki satqın ünsürlərlə Bakıdakı xainlər arasında ciddi ixtilafların, qarşıdurmaların yaranmasına gətirib çıxarıb. Elə vəziyyət yaranıb ki, Trol Sadıqlı, Sevinc Osmanqızı, Arif Məmmədov, Məhəmməd Mirzəli, Orduxan Temirxan və bu kimi digər antimilli ünsürlər eyni şəbəkədən qidalandıqları mərkəzlərə Azərbaycanın dağıdıcı müxalifətindən şikayətlər ünvanlayıblar. Xaricdəki satqıların yanaşmasına görə, Azərbaycanın dağıdıcı müxalifəti seçkilər qatılmalı, cəmiyyətə öz seçki platformalarını, ideya və təkliflərini çatdırmalıdırlar. Dünən Sevinc Osmanqızı deyilən ABŞ Dövlət Departamentinin qazanından qidalanan trol öz TV-sində açıq şəkildə bəyan edib ki, Azərbaycanın dağıdıcı müxalifətinin bələdiyyə seçkilərinə qatılmaması sıravi müxaliflərin liderlərdən tamamilə üz döndərməsinə gətirib çıxaracaq. Sevinc Osmanqızı dağıdıcı müxalifət başbilənlərini qorxaqlıda, özlərinə inamsızlıqda da günahlandırdı. Bildirdi ki, siyasi proseslərdən çəkinən partiya sədrlərinin siyasi iddialarla çıxış etməsi yolverilməzdir.
24 min 800 dollar dostları düşmənə çevirdi
Sevinc Osmanızının yenidən Əli Kərimlini hədəf seçib, haqqında ittihamlar irəli sürməsi AXCP-də çaxnaşma yaradıb. Çünki S.Osmanqızı xaricdə müxaliflərə maliyyə ayıran şəbəkə təsir edən əsas trollardan hesab edilir. Yəni S.Osmanqızının birbaşa ABŞ Dövlət Departamentinin “Dostlar Klubu”na bağlı şəxs olması, ona müəyyən üstünlüklər qazandırıb. AXCP-də təmsil oluna trolların hər biri maliyyə yardımları almaq üçün mütəmadi olaraq ABŞ-ın “Dostlar Klubu”na layihələr təqdim edirlər. Təbii ki, hər kəs müsbət rəy almaq istəyindədir və bu baxımdan S.Osmanqızının rəyin verilməsinə təsir edə biləcəyindən ehtiyat edirlər. Ona gör də, Ə.Kərimli ilə S.Osmanqızı arasında pozulmuş münasibətlərin daha da gərginləşməsi qrant almaq arzusunda olan AXCP-dəki trollar üçün heç də arzuedilən deyil. Bu baxımdan trol yığnağı S.Osmanqızı ilə kəllə-kəlləyə gəlmək istəmir. Hər kəs dərk edir ki, bir gün Ə.Kərimli yenidən S.Osmanqızına əl uzadar və onların arasında yenidən isti münasibətlər, əməkdaşlıq əlaqələri yaranır. Belə hal yaşansa, bu yerdə onlar S.Osmanqızının gözündən düşən məxluqa çevrilə bilərlər. Məlum faktdır ki, uzun müddət Ə.Kərimli ilə S.Osmanqızı eyni qabdan qidalanıb, eyni tezisləri ifadə etmişlər. Tərəflər arasında pul bölgüsü üstündə mübahisələri sonda qarşıdurmaya və aralarında əldə olunan sədaqət andının havaya sovurulmasına gətirib çıxartdı. Əldə olunan sənədlərə görə, “Soros” Fondunun Gürcüstan nümayəndəliyi Ə.Kərimliyə 24 min 800 dollar pul vəsaiti ayırıb. Həmin puldan S.Osmanqızına da pay düşməli idi. Lakin acgözlüyü ilə tanınan Ə.Kərimli ayrılan qrant vəsaitindən S.Osmanqızına verməkdən imtina edib. Bu səbəbdən də S.Osmanqızı TV-sində Ə.Kərimlini və ətrafında olan trollarını hər cür sərt ifadələrlə təhqir edir: “Əli bəy və Fuad Qəhrəmanlı bəlli şəxslərin yazdıqları statusları öz adları ilə sosial şəbəkələrdə paylaşırlar. Bu hal rüsvayçılıqdır. Eyni zamanda Əli bəy tək müxalifət lideri olduğunu nümayiş etdirmək üçün digər partiya sədrlərini gözdən salmağa çalışır”.
Fuad Qəhrəmanlı buyruq qulu olduğunu göstərməyə çalışır
Ə.Kərimli S.Osmanqızı ilə mübahisəyə girməkdən ehtiyat etdiyi üçün AXCP-də qara işlərin icraçısı kimi tanınan Fuad Qəhrəmanlını təlimatlandırmaqla önə çıxarıb. F.Qəhrəmanlının S.Osmanqızını “irsi xəstə” adlandırması söz yox ki, Ə.Kərimlinin istifadə etdiyi təhqir elementlərindəndir. Yəni Ə.Kərimlinin hazırladığı, lakin F.Qəhrəmanlının ifadə etdiyi sözlərdəndir. İnandırıcı deyil ki, zəif və qorxaq xarakterə malik birisi olan F.Qəhrəmanlı cəsarət nümunəsi ortaya qoyaraq açıq şəkildə S.Osmanqızını təhqir etsin. Bunu sübut edən dəlil, bir qədər əvvəl F.Qəhrəmanlının S.Osmanqızı haqqında dediyi ifadələrdir: “Sevinc xanım iddia etdi ki, sən demə, bu yazını mənim adımdan kimsə yazıb. Sevinc xanım işarə edir ki, Qənimət Zahidin sözügedən yazımı öz efirindən oxuması Əli bəyin istəyi ilə olub. Əvvəla, o, "Azərbaycan Saatı"nın yutub səhifəsinə və mənim feysbuk profilimə baxıb görə bilər ki, Qənimət bəy bu günə qədər vaxtaşırı olaraq müəllifi olduğum ölkə siyasəti və beynəlxalq münasibətlərlə bağlı geniş təhlil yazılarımı mütəmadi olaraq oxuyur və Əli bəyin bu məsələyə heç bir aidiyyəti də olmur”. Göründüyü kimi, Qəhrəmanlı “Əli bəyin bu məsələyə heç bir aidiyyəti də olmur” deməklə Ə.Kərimlini vəziyyətdən çıxartmağa cəhd etmişdir. Lakin “görünən dağa bələdçi lazım deyil” məsəli məhz Əli Kərimli kimi saman altdan su yeridənlər üçün deyilib. Hər kəsə gün kimi aydındır ki, Ə.Kərimli kənarda dayanıb, trollarını qabağa verməklə zamanında “dost” dediyi şəxsləri gözdən salmağa çalışır. Ona görə də, F.Qəhrəmanlının Ə.Kərimlini təmizə çıxartmağa cəhd etməsi uğursuz cəhddən başqa bir şey deyil. Artıq S.Osmanqızı da daşların hansı istiqamətdən və kimlər tərəfindən ona atıldığını yaxşı bilir. Ona görə bütün mümkün vasitə və üsullardan istifadə edərək, ona yamanlıq edənlərdən qisasını almağa çalışır. Bu qovğa və qarşılıqlı ittihamların isə hələ uzun müddət davam edəcəyi şübhəsidir. O zamana qədər ki, hər ikisinin üzv olduğu, hər zaman maddi və mənəvi yardımlar aldıqları mərkəzi ofis rəhbərliyi onlara barmaq silkələsin və “qurtarın bu didişməyi” xəbərdarlığını etsin. Həmin vaxt Ə.Kərimli və S.Osmanqızı düşmənçiliyə son qoyub, həya və abır etmədən yenidən aralarında heç nə olmamış kimi bir-birinə xoş münasibət sərgiləyib, eyni verilişdə sərsəm sayıqlamalarını səsləndirəcəklər.
İLHAM ƏLİYEV