PDF Oxu

Siyasət

  • 1 007

"Milli diplomatiya hər xalqın milli gücünün beyni hesab edilir" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Hər bir ölkənin xarici siyasəti onun beynəlxalq münasibətlərdəki yerini və rolunu müəyyən edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.O bildirib ki, bu mənada Azərbaycanın həyata keçirdiyi xarici siyasət nəticə etibarilə beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolunu, yerini və nüfuzunu təyin edib: "Amma xarici siyasətin funksiyası çox dərindir. Əldə etdiyimiz tarixi Zəfərin qorunması və tarixi Zəfərimizə qədər gələn diplomatik siyasi fəaliyyət heç şübhəsiz ki, qələbəmizin əldə olunmasında, onun hüquqi bazasının formalaşmasında, onun qorunub saxlanılmasında mühüm rol oynayıb. Bu mənada milli diplomatiya hər bir xalqın milli gücünün beyni hesab edilir. Əgər başqa milli güc komponentləri varsa, milli diplomatiya xarici siyasət üçün milli resursları səfərbər edə bilmirsə, burada natamamlıq əmələ gəlir.Beləliklə, uğurlu xarici siyasətdən və uğurlu beynəlxalq münasibətlərdən danışmaq olmur. Bu mənada Azərbaycan Prezidentinin həyata keçirdiyi fəaliyyət, xarici siyasət kursu beynəlxalq münasibətlərin aktları ilə əməkdaşlıq və onlardan təyin edilən davranış qaydası məhz milli gücümüzün potensial gücdən real gücə çevrilməsinə gətirib çıxarıb ki, bu da hazırkı qüdrətli Azərbaycanın yerini, rolunu, beynəlxalq münasibətlər sistemində təyin edir".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər