Yaxın Şərqdəki böhrana həsr olunmuş
Dekabrın 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada iştirak edib. SİA-nın məlumatına görə, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, sessiyada çıxış edən Ə.Əsədov Yaxın Şərqdə davam edən böhranın dərin narahatlıq doğurduğunu bildirib.
Qeyd edilib ki, Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb. Bu baxımdan daha çox qan tökülməsinin qarşısının alınması üçün təcili tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
Bildirilib ki, İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan bu ağır dövrdə Qəzzanın sakinləri ilə həmrəyliyini ifadə edir, zorakılığın artmasını, qeyri-bərabər gücdən istifadəni və mülki şəxslərin həyatlarını itirmələrini qətiyyətlə pisləyir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Fələstinə maddi yardım etmək üçün hər zaman səy göstərib. Ölkəmiz bu böhrandan təsirlənən Fələstin xalqına humanitar yardım göstərmək məqsədilə 2 milyon ABŞ dolları ayırıb. Bundan əlavə, Azərbaycan Fələstində 600 şagirdlik məktəbin inşasına da vəsait ayırıb.
Qeyd edilib ki, humanitar yardımdan əlavə, Azərbaycan Fələstinə beynəlxalq dəstək əldə etmək üçün də öncül rol oynamaqdadır.
"Bu xüsusda, biz bir neçə yüksəksəviyyəli tədbirə ev sahibliyi etmişik. Bunların arasında İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılması və Qüdsün inkişafını dəstəkləmək məqsədilə Donor Konfransını xüsusi qeyd etmək istərdim", - deyə Ə.Əsədov bildirib.
Gərginliyin bölgəyə yayılma risklərinin böyük narahatlıq doğurduğunu deyən Baş nazir Azərbaycanın bütün tərəfləri təmkinli davranmağa və vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırdığını qeyd edib.
O vurğulayıb: "Biz atəşkəsin əldə olunması, zəruri humanitar yardımın təmin edilməsi və münaqişənin səbəblərinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyəti birgə çalışmağa çağırırıq. Böhrandan diplomatik çıxış yollarının tapılması üçün dinc siyasi proses təşviq edilməlidir".
Diqqətə çatdırılıb ki, Azərbaycan münaqişənin Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla, iki dövlət prinsipi əsasında həllini birmənalı şəkildə və qətiyyətlə dəstəkləyir.
Azərbaycanın bundan sonra da dialoq və barışığı təşviq edən, İsrail-Fələstin münaqişəsinin ədalətli, davamlı həllinə dəstək verən səylərə sadiq qalacağı bildirilib.
Sessiyada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ölkəmizin Misirdə