Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncamla M.Əhmədova orden Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.