İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanın bu ölkədəki səfiri Nəsir Məmmədovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. SİA xəbər verir ki, bu barədə diplomat "X" hesabında paylaşım edib."İraq Prezidenti tərəfindən vida görüşü üçün qəbul edilməkdən şərəf duyuram. Mövcud və daim inkişaf edən Azərbaycan-İraq münasibətləri ilə bağlı yenidən fikir mübadiləsi aparmaqdan məmnun oldum", - səfir qeyd edib.Xatırladaq ki, dekabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev İraqdakı səfir Nəsir Məmmədovun geri çağırılması ilə bağlı Sərəncam imzalayıb.