PDF Oxu

Siyasət

  • 1 341

İdmançılarımız xalqımızı öz qələbələri ilə daim sevindirirlər - ŞƏRH

İdmançılarımız xalqımızı öz qələbələri ilə daim sevindirirlər - ŞƏRH

“Bu gün idmançılarımızın səsi dünyanın müxtəlif idman arenalarından gəlir. Qələbələrimizin sayı yüzlərlə, minlərlədir. Hər qalibiyyətdə üçrəngli bayrağımız qaldırılır, himnimizin sədaları altında bütün dünya xalqları idmançılarımıza sayqı duruşu ilə hörmətini izah edirlər. Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Bu, təsadüfi deyil, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısından irəli gələn bir nümunədir”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirirb ki, idman sahəsindəki uğurlarımızın təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub: “Ulu Öndərimiz ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olundu. Bu siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 2024-cü ilin sonunda günlərində - dekabrın 24-də Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmançılarla keçirdiyi görüş də sıradan bir hadisə deyil. 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim Prezidentimizin doğum gününə təsadüf etdi və bu, dövlət başçımızın ölkə idmanına, idmançılara verdiyi dəyəri, diqqət və qayğısını bir daha sübut edir. Görüşdə dövlət başçısı ölkə idmançılarının uğurlarından danışaraq əldə edilmiş uğurlar münasibətilə onları təbrik etdi. Prezident bildirdi ki, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil ediblər, yarışlarda 1700-ə yaxın medal qazanılıb. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”.

Digər xəbərlər