PDF Oxu

Siyasət

  • 889

"Bu gün Azərbaycanın qlobal lideri var" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Bu, bir həqiqətdir, aksiondur. Hesab edirəm ki, onun isbata ehtiyacı yoxdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirli deyib.O bildirib ki, bu gün dünyanın ən böyük problemi, dərdi odur ki, qlobal lider tapmaq müşkül məsələdir: "Bu gün kim desə ki, Bayden liderdir, ona gülərlər, kim desə, Makron liderdir, deyərlər ağlını itirib.Bu gün xalqımız fəxarət hissi ilə qeyd edir ki, Azərbaycanın qlobal lideri var. Ulu Öndər Heydər Əliyevə xalqımız ürəyində əbədi heykəl qoyub, minnətdardır ki, özündən sonra siyasi varis yetirib. Bu gün cənab Prezident sözün həqiqi mənasında xalüqələr yaradır. Bu gün mümkün olmayanı mümkün edir. Eynşteynin məşhur ifadəsi var, deyir ki, bir şeyin mümkün olmadığını hər kəs bilir, bir şey qeyri-mümkündür, bilməyən kəşf edir. Bu nöqteyi-nəzərdən cənab İlham Əliyev bu gün elə kəşflər edir ki, dünya heyran qalır. Ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etdi. Həm də əbədi bərpa etdi. Yenilməz ordusu ilə, öz xalqı ilə birlikdə tarixi Zəfərə imza atdı. İndi də yeni hədəflərimiz var. Onlara çatmaq əzmindəyik. Qarabağın bərpası, yenidən qurulması, hərbi gücümüzün artırılması, ideoloji təhlükəsizlik məsələləri, hamısı bizim yeni hədəflərimizdir.Doğurdan da, qalib Azərbaycana Prezident yaraşır. Bu gün biz fəxarət hissi ilə qeyd edirik ki, nə yaxşı, bizim Heydər Əliyevimiz olub, bu gün də var. Çünki onun ideyaları yaşayır. Cənab İlham Əliyev o ideyaları ən yüksək səviyyədə həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin tarixi arzusu var idi ki, bir gün Azərbaycan dünyaya günəş kimi boylanacaq. Həmin gün gəlib, onun da müəllifi cənab İlham Əliyevdir".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər