“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər.
Ağacəkmə aksiyası Ziyadlı və Sərkar kəndlərinin ərazisində, Samux-Kür yolunun kənarında təşkil olunub.
Qeyd edək ki, ümumilikdə Samux rayonu üzrə 3000-ə yaxın Eldar şamı, xan çinarı, sərv ağacı, gül kolları əkilib.