PDF Oxu

Siyasət

  • 1 043

"Prezident İlham Əliyevin verdiyi müsahibə bir yol xəritəsi idi" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Prezident İlham Əliyevin verdiyi müsahibə bir yol xəritəsi idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Siyavuş Novruzov deyib.O bildirib ki, həm dünyada, həm regionda, həm də Avropada baş verən hadisələr, Azərbaycanla Ermənistan arasında gələcəkdə bağlanacaq sülh müqaviləsi ilə əlaqədar məsələlər, hansı ki razılaşdırılmalıdır, Prezident bütövlükdə gələcək fəaliyyətlə əlaqədar dünyada Azərbaycana qarşı ədalətsiz münasibətdə olan dövlətlərin təhdidləri və digər sahələrə açıq şəkildə birbaşa münasibətini bildirdi, ictimaiyyəti bu haqda məlumatlandırdı: "Hesab edirəm ki, cənab Prezident həmişə cəmiyyəti bu səpkidə məlumatlandırır, bildirir ki, qarşımızda nələr durur, hansı addımları atmalıyıq, bundan sonra hansı işlər görüləcək. O cümlədən iqtisadi layihələrə, ölkənin enerji təhlükəsizliyi ilə bağlı, yaşıl enerji ilə bağlı, COP29-da Azərbaycana qarşı təhdidlər və Azərbaycanın əleyhinə aparılan qarayaxmalar barədə məlumat verdi, hansı ki, BMT səviyyəsində keçirilən tədbir idi və yüksək səviyyədə təşkil olunmuşdu. Ümumilikdə götürdükdə cənab Prezident harada, necə olmasından asılı olmayaraq hər yerdə Azərbaycan dövlətinin, xalqının maraqlarını ən yüksək səviyyədə təmsil edir"."Cənab Prezidentin addığı addımlar, gördüyü işlər, onun müzəffər Ali Baş Komandan kimi ölkənin 200 ildən artıq olan ağır, vahid olmayan Azərbaycanı vahid etməsi, azad edilmiş ərazilərdə quruculuq, abadlıq işləri, təhsil, səhiyyə, sosial sahələrdə gördüyü işləri bilirik. Bu yaxınlarda büdcəni müzakirə etdik, büdcənin 41%-i məhz sosial xərclərə sərf olunub. Hansı ki, sosial sahədə görülən islahatların həyata keçirilməsi ilə bağlı olacaq. Yeni sosial layihə təqdim olunub, qəbul olunacaq.Xüsusilə, Qarabağ, Şərqi Zəngəzur, Naxçıvana cənab Prezidentin xüsusi diqqəti vacib olan amillərdən biridir. O cümlədən beynəlxalq siyasətdə nəticə etibarilə artıq Azərbaycanın "D-8"-ə üzv olması göstəricidir ki, yekdilliklə Azərbaycanı o təşkilata qəbul edəcəklər. Bu da cənab Prezidentin apardığı uğurlu siyasətin nümunəsidir. Bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları, dünya türkləri bu gün cənab Prezidenti dəstəkləyir. Xalq-iqtidar birliyi bütün bu məsələlərin ərsəyə gəlməsində həmişə Prezidentin yanındadır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər