Prezident İlham Əliyevin sərəncamına əsasən təltif edilmiş, habelə beynəlxalq tədbirlərin keçirilməsində fəal iştirakına görə həvəsləndirilmiş prokurorluq əməkdaşlarının mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Baş prokuror Kamran Əliyev, eləcə də digər prokurorluq əməkdaşları iştirak ediblər.K.Əliyev bildirib ki, bu gün prokurorluq əməkdaşları üçün önəmli gündür:"Prezident İlham Əliyevin sərəncamına əsasən, 14 nəfər prokurorluq əməkdaşı təltif edilib. Bu bizim üçün əhəmiyyətli hadisədir. Bizim əməkdaşlar dövlət və xalq qarşısında öz əməklərini əsirgəməyiblər. Hər zaman çalışmışıq ki, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirək".O xatırladıb ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev prokurorluq orqanlarına çox böyük etimad göstərib:"Hər il prokurorluq orqanlarının peşə bayramı günlərində Prezident İlham Əliyev sərəncamlar imzalayır. Biz birlikdə bu etimadı doğruldacağıq".Baş prokuror deyib ki, 2025-ci ilin mayında BMT-nin Antikorrupsiya Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) növbəti - 6-cı Plenar Görüşü Azərbaycanda keçiriləcək. Tədbir çərçivəsində 500-ə yaxın nümayəndənin Bakıya gələcəyini gözlənilir.Daha sonra bir qrup prokurorluq əməkdaşları təltif edilib.