26 dekabr 2024-cü il tarixində YAP Kürdəmir rayon təşkilatının qərargahında 2025-ci il yanvarın 29-na təyin edilmiş Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Kürdəmir rayonu üzrə Seçki Qərargahının iclası keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və təyyarə qəzasında həlak olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov çıxış edərək YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlər barədə məlumat verərək qərargah üzvləri ilə gələcək fəaliyyət planını müzakirə ediblər. Qərargah üzvləri arasında iş bölgüsünə uyğun olaraq onlara zəruri məlumatlar və təlimatlar çatdırılıb.
Tədbirdə çıxış edən Kürdəmir rayon təşkilatının Seçki Qərargahının üzvləri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər. Bu seçkilərdə də Kürdəmir rayon təşkilatının yüksək fəallıq göstərəcəyinə əminlik ifadə edilib.