PDF Oxu

Siyasət

  • 1 082

Filemon Yanq Azərbaycana başsağlığı verib

image

BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidenti Filemon Yanq AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

O, Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar həlak olanların ailələrinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini deyib. “Düşüncələrim və dualarım bu dağıdıcı itkidən əziyyət çəkənlərin yanındadır. Bu çətin zamanda güc, rahatlıq və təsəlli tapmalarını diləyirəm”, - deyə Filemon Yanq bildirib.

Digər xəbərlər