PDF Oxu

Siyasət

  • 1 024

"Azərbaycan xalqı bununla bağlı rəsmi məlumatları dinləməlidir" - ŞƏRH EDİLDİ

image

"Məlum təyyarə qəzası ətrafında təxribatlara yol vermək, mülahizələr söyləmək, şərhlər vermək, versiyalar irəli sürmək yolverilməzdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.O bildirib ki, bununla bağlı dövlətin lazımi qurumları istintaq əməliyyatları həyata keçirir və onlar da məlumatları vətəndaşlarımıza çatdıracaqlar: "Dünən cənab Prezident də qeyd etdi ki, həm mənə, həm Azərbaycan ictimaiyyətinə məlumatlar verilsin. Bu məlumatlar rəsmi olmalıdır.Mən görürəm ki, bir çox insanlar sosial şəbəkələrdə ekspert, adi insan kimi müxtəlif versiyalar irəli sürürlər, təxribatçı fikirlər irəli sürürlər. Bəlkə də, bunu bilərəkdən etmirlər, ya bilərəkdən edirlər. Amma bu, yolverilməzdir. Başa düşmək lazımdır ki, orada həlak olan və yaralanan insanların valideynləri, bacı-qardaşları, qohum-əqrəbası var. Onlar həmin versiyaları oxuyanda hansı hissləri keçirirlər. Bu, o deməkdir ki, demək bu insanlar da təxribatçıdırlar. Dövlətə qarşı bu, təxribat deməkdir. Çünki bizim heç birimiz nə aurodinamika üzrə, nə təyyarə üzrə, nə uçuşlar üzrə ekspert deyilik. Ona görə də, Azərbaycan xalqı bununla bağlı rəsmi məlumatları dinləməlidir. Kim başqa cür məlumatlar verirsə, bu, dövlətə, insanlarımıza qarşı təxribatdır.Başa düşsünlər ki, bu cür fəaliyyətləri ilə həlak olanların yaxınlarına əzab vermiş olurlar. İstintaqın gedişinə kölgə salmış olurlar. Çünki bəzən bizim cəmiyyətimizdə belədir ki, bir söz deyilirsə, insanların ağlına batırsa, sonra yüz söz deyəsən, ağıllarında köhnə, yanlış fikir qalır. Ona görə də, bu, ciddi məsuliyyət yarada bilər. Həmin insanlar məsuliyyətə cəlb oluna bilərlər. Özlərini, cəmiyyətimizi düşünsünlər. Baxış xatirinə, layk xatirinə heç bir təxribatlara yol verməsinlər".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər