PDF Oxu

Siyasət

  • 369

Siyasi partiyalar qəza anından dövlətin və xalqın yanında oldu ANALİZ

image

Bugünkü reallıq ondan ibarətdir ki, hava nəqliyyatı etibarlı sərnişin daşınmalardan hesab olunur. Yəni digər nəqliyyat növlərindən fərqli olaraq hava nəqliyyatı nisbətən daha təhlükəsiz və əlverişlidir. Həm də hava gəmiləri insanların qısa müddətdə bir yerdən başqa bir yerə daşınmasını tezləşdirən nəqliyyat vasitəsi hesab olunur. Müasir texnologiyaların inkişafı hava gəmilərinin təhlükəsiz uçuşunun daha effektli təmin olmasına imkanlar yaradır. Bununla belə təəssüf hissi ilə bildirmək lazımdır ki, nə qədər texnologiya inkişaf etsə və sərnişin təyyarələri təkmilləşsə də, təyyarə qəzaları dünya aviasiya tarixinin ayrılmaz hissəsi olaraq qalmaqdadır. AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması da aviasiya tarixinin dəhşətli qəzalarındandır. Rəsmi məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb, yaralılardan 11-nin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta-ağır qiymətləndirilir. Baş verən dəhşətli qəza ilə bağlı dünya ölkələrinin dövlət və hökumət başçıları Prezidentimiz İlham Əliyevə telefonla zəng edir, məktublar ünvanlayır həlak olanların ailələrinə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırlar.

Azərbaycan xalqı baş verən təyyarə qəzasından sarsılsa da, yenə də bir bayraq altında birləşməyi bacardı

Azərbaycan cəmiyyətinin bütün təbəqələri baş verən təyyarə qəzasında sarsılsa da, toparlanaraq birlik və həmrəylik nümayiş etdirməyi bacarır. Xüsusilə də, hər zaman milli maraqlardan, dövlətçilik mənafeyindən çıxış edən siyasi partiyalar, o cümlədən Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası Sabir Rüstəmxanlı, “Ana Vətən” Partiyası Fəzail Ağamalı, Ədalət, Hüquq, Demokratiya Partiyası Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyası Fazil Mustafa, Demokratik İslahatlar Partiyası Asim Mollazadə, Azərbaycan Demokratik Maarifçilik Partiyası Elşən Musayev, Milli Cəbhə Partiyası Razi Nurullayev,. Azərbaycan Milli İstiqlal” Partiyası Arzuxan Əlizadə, “Böyük Azərbaycan” Partiyası Elşad Musayev,Haqq Ədalət Partiyası Əli İnsanov,Vəhdət Partiyası Tahir Kərimli, Azərbaycan Ümid Partiyası İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyası Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyası Pənah Hüseyn, Milli Dirçəliş Hərəkatı Partiyası Fərəc Quliyev, Ədalət Partiyası İlyas İsmayılov, Klassik Xalq Cəbhəsi Partiyası Mirmahmud Fəttayev, AĞ Partiyası Tural Abbaslı, REAL Partiyası Natiq Cəfərli, Azad Vətən Partiyası Akif Nağı, Müasir Müsavat Partiyası Hafiz Hacıyev, Yeni Zaman Partiyası Musa Ağayev və Gələcək Azərbaycan Partiyası Ağasif Şakiroğlu AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar bəyanat yayıblar. Bəyanatda qeyd olunur ki, 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə dünyalarını dəyişməsi və xəsarətlər alması bütün xalqımızı dərindən kədərləndirdi: “Baş vermiş hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına səfərini təxirə salmış, təcili ölkəyə qayıdaraq qəza nəticələrinin aradan qaldırılması və səbəblərinin araşdırılması üçün operativ müşavirə keçirmişdir. Dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlarla baş vermiş qəzanın səbəblərinin araşdırılması, qəzada həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə yardım göstərilməsi, həmçinin qəzadan zərər görmüş xarici ölkə vətəndaşları ilə bağlı məsələlərin həlli məqsədilə dövlət komissiyası yaradılmış, ölkədə bir günlük matəm elan olunmuşdur”.

“Bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirmək cəhdini qınayır, vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını həmrəyliyə çağırırıq”

Bəyanatı imzalayan siyasi partiyalar inamlarını ifadə edirlər ki, müvafiq dövlət qurumları qəzanın səbəblərini qısa müddətdə araşdıraraq ictimaiyyətə ətraflı məlumat verəcək, qəzadan zərər görənlərə lazımi dövlət qayğısı göstəriləcək : “Bəyanatı imzalayan siyasi partiyalar adından təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq. Belə ağır günlərdə xalqımızın və dövlətimizin yanında olduğumuzu bəyan edir, bəzilərinin bu bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirmək cəhdini qınayır, vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını həmrəyliyə çağırırıq. Uca Allah xalqımızı bəlalardan qorusun!”

Siyasi partiyaların faciənin baş verdiyi andan dövlətin mənafeyindən çıxış etməsi və xalqın yanında olması, ölkəmizdə sivil, demokratik siyasi formatın qurulduğunu göstərir. Düzdür, yenə də Əli Kərimli, Cəmil Həsənli kimi məxluqlar faciə ilə bağlı nala-mıxa vuran fikirlər səsləndirirlər. Bunula onlar bir daha maşa rolunda çıxış etdiklərini nümayiş etdirirlər. Belələrinə haqlı olaraq “onlar bizlərdən deyil” - deyə bildirilir.

İLHAM ƏLİYEV

Digər xəbərlər