PDF Oxu

Siyasət

  • 1 029

Tarixi zəfərlərin təməlində milli həmrəyliyimiz dayanır

image

Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər bir azərbaycanlı üçün əzizdir. Bu bayramı xalqımız daha mütəşəkkil, daha təşkilatlanmış və müqəddəs amallar ətrafında birləşərək qeyd edir.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci il mayın 23-də Ümummilli Lider Heydər Əliyevin imzaladığı Sərəncamla dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birlik və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Heydər Əliyevin Qurultayda söylədiyi dərin məzmunlu nitqində dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və ilə xaricdə yaşayan həmvətənlərimizin əlaqələrinin möhkəmləndirilməsi və bu yolda qarşıya çıxan problemlərin həllinin vacibliyi vurğulandı. O cümlədən, ana dilimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi və digər məsələlərə də toxunuldu.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı iş proqramının zənginliyinə baxmayaraq həmvətənlərimizlə görüşlərə vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”, – deyən Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirərək mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində genişmiqyaslı tədbirlər həyata keçirir. Cənab İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.
Təsadüfi deyil ki, dövlət başçısının müvafiq sərəncamları ilə Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermiş, milli birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi işində yeni mərhələ açmışdır. Dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımdan mühüm tarixi əhəmiyyət kəsb edən bu qurultaylar xalqımızın Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini bir daha təsdiqlədi.
Danılmaz faktdır ki, bu gün respublikamız böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir. Ölkəmiz inkişaf etdikcə bir sıra problemlər də həllini tapmışdır. 2022-ci il aprelin 22-də mədəniyyət paytaxtımız Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının təşkil olunması isə tarixi hadisəyə çevrildi. Bu heç də təsadüfi deyildi. 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin və ordusunun gücünü, eyni zamanda, dünya azərbaycanlılarının birliyini, həmrəyliyini göstərdi. Şuşada iki gün davam edən Zəfər Qurultayı bir daha göstərdi ki, bu birlik əbədidir və heç bir qüvvə bu birliyi poza bilməz. Şuşada keçirilən mötəbər tədbir Zəfər Qurultayı kimi tarixə düşdü. Bu Qurultay göstərdi ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, Azərbaycan hər bir azərbaycanlının Vətənidir.

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

Digər xəbərlər