PDF Oxu

Siyasət

  • 969

“Daha çox soydaşımız öz dədə-baba yurdlarına qayıdacaq” - MÜNASİBƏT BİLDİRİLDİ

image

“İşğaldan azad edilmiş ərazilərimizdə artıq 3 ildən artıqdır ki, quruculuq və abadlıq işləri durmadan sürətlə davam etməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.Onun sözlərinə görə, istər ərazilərimizin minalardan təmizlənməsi, istərsə də yeni-yeni yaşayış sahələrinin salınması və bu ərazilərə soydaşlarımızın durmadan köçürülməsi proseslərə dövlət qayğısının açıq göstəricisidir: “Artıq işğaldan azad edilmiş ərazilərimizə 35 minə yaxın soydaşımızın kök etməsi, öz həyatlarını dədə-baba yurdlarında davam etdirilməsi onlara zövq verir”.Ağasif Şakiroğlu sözlərinə belə davam edib: “Şəxsən mən bir sıra işğaldam azad edilmiş rayon və şəhərlərdə olan zaman insanlarımızın gözlərində bu xoşbəxtliyi görmüşəm. Quruculuq işləri görülən və köç həyata keçirilmiş ərazilərdə insanımızın həyat səviyyəsinin yüksək saxlanması, eyni zamanda məşğuluğu və öz təsərrüfatını qurması istiqamətində dövlətimiz tərəfindən çox böyük işlərin görüldüyü göz önündə idi. Vətəndaşlarımız ölkə prezidenti cənab İlham Əliyevə hər 3 cümlədən bir can-sağlığı, uzun ömr arzulamaları və minnətdarlıq bildirmələri bunun mənim üçün əyani sübutu idi.Dövlət başçımızın müvafiq tapşırıqları əsasında digər işğaldan azad edilmiş ərazilərimizdə də quruculuq və abadlıq işləri sürətlə aparılmaqdadır. Əminəm ki, üzümüzə gələn il daha çox soydaşımız öz dədə-baba yurdlarına qayıdacaqdır. Görülən bu müsbət və eyni zamanda sürətli işlərə görə isə prezident İlham Əliyevə yalnız və yalnız təşəkkür və minnətdarlıq düşür”.

Ayşən Vəli

Digər xəbərlər