PDF Oxu

Siyasət

  • 928

Təyyarə qəzasında həlak olanların xatirəsi Braziliyada anılıb

image

Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması səbəbindən dekabrın 26-da Azərbaycanda matəm günü elan edilməsi ilə bağlı Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən Dövlət Bayrağımız yarıya qədər endirilib, başsağlığı kitabı açılıb.

SİA-nın məlumatına görə, səfirlikdən bildirilib ki, Braziliya Federal dövlət və hökumət nümayəndələri, diplomatik korpusun üzvləri səfirliyi ziyarət edərək, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıblar.

Qeyd edilib ki, həmçinin səfirliyin elektron poçt ünvanına faciə ilə əlaqədar çox sayda braziliyalılar tərəfindən də başsağlığı müraciətləri ünvanlanıb.

Digər xəbərlər