PDF Oxu

Siyasət

  • 723

Bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərlə görüş keçirilib

image

29 dekabr 2024-cü il tarixdə YAP Samux rayonu üzrə seçki qərargahında Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Samux rayonu üzrə namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş bələdiyyə namizədləri ilə görüş keçirilib.

YAP Samux rayonu üzrə seçki qərargahının sədri Gündüz Bayramov çıxış edərək YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlər barədə məlumat verib. Bildirib ki, Azərbaycanda vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çox yüksək səviyyədə və uğurla icra edilib. Daha sonra bələdiyyə üzvlərinin hüquq və vəzifələri, bələdiyyə qanunları barədə daha geniş və ətraflı məlumat verərək bildirib ki, YAP regionun ən böyük partiyasıdır. O, bu seçkilərdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş üzvlərə uğurlar arzu edib və qeyd edib ki, bu bələdiyyə seçkiləri də əvvəlkilər kimi daha mütəşəkkil, daha demokratik ruhda başa çatacaqdır.

Sonra Gündüz Bayramov namizədlərlə bağlı fikirlərini, eləcə də qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tapşırıq və tövsiyələri bildirib.

Görüşdə namizədlikləri Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı tərəfindən irəli sürülmüş Cəsur Məmmədov,Nəzər Camalov və Sərxan Kazımov çıxış edərək cəmiyyətdə bələdiyyələrin rolunun artmasının vacibliyindən, onların bir çox mühüm layihələrlə çıxış etməsinin zəruriliyindən danışıblar. Onlar bu ilki bələdiyyə seçkisində Yeni Azərbaycan Partiyasının qalib gələcəyinə inandıqlarını ürəkdən ifadə ediblər.

Sonda bələdiyyəyə üzv olan namizədlərə yaddaş kitabçaları və yaxalıqlar paylanılıb.

Digər xəbərlər