28 dekabr 2024-cü ildə YAP Samuxrayonu üzrə Seçki Qərargahında 29 yanvar 2025-ci il tarixdə keçiriləcək bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərlə görüş keçirilib.
Görüşü giriş sözü ilə YAP Samux rayonu üzrə Seçki Qərargahının sədri Gündüz Bayramov açaraq qeyd edib ki, Samux rayonu üzrə Yeni Azərbaycan Partiyası tərəfindən hər yerə bir nəfər olmaqla 88 yerə 88 nəfər partiya fəalının namizədliyini irəli sürmüşdür.
Gündüz Bayramov bələdiyyə üzvlərinin hüquq və vəzifələri, bələdiyyə qanunları barədə geniş və ətraflı məlumat verərək vurğulayıb ki, bələdiyyə seçkilərinin keçirilməsi sahəsində Azərbaycan dövlətinin kifayət qədər təcrübəsi vardır. Azərbaycan xalqı qanunun aliliyini təmin eləmək və eləcə də seçki məcəlləsinin bütün tələblərini yerinə yetirmək şərtilə demokratik qaydada seçkilər keçirməyə qadirdir. Bu sahədə Samuxda da kifayət qədər təcrübə vardır. İnanıram ki, bu məqsədlə kifayət qədər hazırlıqlı, təcrübəsi olan insanlar cəlb olunub. Yerlərdə bələdiyyə seçilməyə və işləməyə qadir çox hörmətli, çox səriştəli namizədlər vardır və insanlar böyük mütəşəkkilliklə həmin namizədlərə, xüsusilə tarixin çətin sınaqlarından mətanətlə çıxmış Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərə üstünlük verəcəklər. Və söz yox ki, bu bələdiyyə seçkiləri də əvvəlkilər kimi daha mütəşəkkil, daha demokratik ruhda başa çatacaqdır.
Sonda bələdiyyəyə üzv olan namizədlərə yaddaş kitabçaları və yaxalıqlar paylanılıb.