PDF Oxu

Siyasət

  • 1 144

“Azərbaycanlılar dövlətimizin gücü və qüdrəti ilə fəxr edir” - MÜNASİBƏT BİLDİRİLDİ

image

“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü - qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycan xalqının milli birliyini, dirçəliş və tərəqqisini tərənnüm etdirir. Bizləri azad, müstəqil, güclü Azərbaycan uğrunda məsuliyyətli və müqəddəs mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün qürur mənbəyidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.

Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu Öndərin sədirliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması ilə bağlı qərar qəbul olundu.Dahi öndərin müraciəti əsasında Azərbaycan Respublikasının Ali Soveti hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunması ilə əlaqədar qanun qəbul etdi.Ulu Öndər Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlamış, prinsipiallığı və uzaqgörənliyi sayəsində xalqımızı öz ətrafında birləşdirməyə nail olmuşdur. Artıq 4 ildir ki, milli kimliyimizin təcəssümü olan Dünya Azərbaycanlılarının Həmrəylik günü ərazi bütövlüyü bərpa edilmiş, hər bir nöqtəsində şanlı üç rəngli bayrağımız dalğalanan vətənimizdə böyük coşqu və qürur hissi ilə qeyd edilir.Dahi Öndərin layiqli davamçısı, zəfərimizin memarı və bizlərə qələbə sevincini yaşadaraq qürurumuzu ucaldan lider, cənab Prezident İlham Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində dünyanın hər bir guşəsində yaşayan azərbaycanlılar dövlətimizin gücü və qüdrəti ilə fəxr edir”.

Ayşən Vəli

Digər xəbərlər