PDF Oxu

Siyasət

  • 810

Cənab Prezident daim vətəndaşının yanındadır ŞƏRH

image

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verərək, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı əhəmiyyətli məqamları ictimaiyyətə çatdırıb.

Dövlət başçısı hadisə barədə məlumat aldıqdan dərhal sonra Sankt-Peterburqdan Bakıya qayıdıb və operativ müşavirə keçirib. Onun tapşırığı ilə Dövlət Komissiyası yaradılıb və müvafiq qurumların nümayəndələri hadisə yerinə ezam olunub.

Prezident İlham Əliyev müsahibəsində təyyarənin Rusiya ərazisində xarici müdaxiləyə məruz qalaraq idarəetməni itirdiyini və nəticədə qəzaya uğradığını bildirib. O, təyyarənin radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığını və bunun təyyarəyə yetirilən ilk zərər olduğunu qeyd edib.

Dövlət başçısı hadisənin qəsdən törədilmədiyini vurğulasa da, rəsmi Moskvanın məsuliyyəti qəbul etməsini, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb edib.

Prezident İlham Əliyev, o cümlədən, hadisə ilə bağlı bir sıra sualların cavablandırılmasının vacibliyini qeyd edib:

Təyyarə niyə Qroznı şəhərinə enə bilmədi?

Radioelektron mübarizənin təsiri təyyarənin idarə olunmasına nə dərəcədə təsir göstərdi?

Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu?

Dövlət başçısı hadisənin tam təfərrüatlarının "qara qutu"ların açılmasından sonra məlum olacağını və ictimaiyyətin bu barədə məlumatlandırılacağını bildirib.

Qəza nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi keçirilib. Həlak olanların identifikasiyası üzrə işlər aparılır və xəsarət alanların ailələri ilə zəruri tədbirlər görülür. Aktau şəhərində müalicəsi davam edən Azərbaycan vətəndaşlarının zərurət yarandıqca və həkimlərin razılığı əsasında Azərbaycana evakuasiyası təşkil olunur.

Baş Prokurorluq tərəfindən təyyarə qəzası ilə bağlı cinayət işi başlanıb və hadisənin səbəblərinin araşdırılması üçün Dövlət Komissiyası yaradılıb.

Prezident İlham Əliyev hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına təxirəsalınmaz tədbirlərin görülməsi üçün tapşırıqlar verib və məsələni nəzarətdə saxlayır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər