ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper istefa verib. “Politico” mənbələrə istinadən xəbər verir ki, xanım Kuper Rusiya hərbi əməliyyatları başlayandan bəri Amerikanın Ukraynaya hərbi yardımının çatdırılmasında mühüm rol oynayıb.
Laura Kuper 20 ildən çox Pentaqonda işləyib. Nəşrin yazdığı kimi, Kiyevdə o, danışıqlarda vicdanlı vasitəçi sayılır və xanım Kuperin özü də Ukrayna hökumətinin bir çox nümayəndəsi ilə yaxşı münasibətdədir. Politico onun işdən çıxarılmasını ABŞ Müdafiə Nazirliyində Donald Trampın prezident seçkilərində qələbəsi ilə bağlı artan narahatlıqla əlaqələndirir. Yeni administrasiyanın karyera məmurlarının sayını azaltması gözlənilir.
Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Pentaqonun rəhbərinin müavini vəzifəsinə namizədləri seçib. Onlardan biri Ağ Evin İdarəetmə və Büdcə Ofisinin keçmiş əməkdaşı Maykl Daffi idi. Cənab Daffi Pentaqona 2019-cu ildə Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketinin qarşısını almağı tapşırıb.
AYSEL