PDF Oxu

Siyasət

  • 1 094

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Prezident İlham Əliyevə başsağlığı verib

image

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: “Hörmətli cənab Prezident.

"Azərbaycan Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladıq.
Zati-aliləri, bu ağır faciə ilə bağlı Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan ölənlərə rəhmət, yaralananların tez zamanda sağalmalarını diləyirik.
Zati-aliləri, Sizə olan böyük hörmət və ehtiramımı qəbul edin.”

Digər xəbərlər