Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.Aleksandar Vuçiç bu barədə sosial media hesabındakı paylaşımda qeyd edib.“Azərbaycandan olan qardaşlarımız və dostlarımız indicə mənə bildirdilər ki, fors-major halların yaratdığı obyektiv problemlərə baxmayaraq, Serbiyaya təbii qaz nəqli dayandırılmayacaq. Azərbaycana və Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm, onu tezliklə Belqradda qarşılamağı səbirsizliklə gözləyirəm”, - deyə Serbiya Prezidenti vurğulayıb.