PDF Oxu

Siyasət

  • 629

Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir ŞƏRH

image

7 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev televiziya kanallarına müsahibə vermişdir. Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandıraraq geniş formada çıxış etmişdir.

2023-cü ildə olduğu kimi 2024-cü ildə də Azərbaycan iqtisadiyyatı uğurlu olmuşdur. Ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Qeyri-neft sektoruna nəzər saldıqda burada da inkişaf uğurludur və 6 faizdən çox artım vardır. Qeyri-neft sənaye sektorunda isə artım 7 faizdən daha çoxdur. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır. Beləliklə, beynəlxalq nüfuz daha da artmış, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmiş və cəmiyyətdə dövlətçilik ənənələri güclənmişdir.

Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Dövlətimiz ölkədə əhalinin rifahının daha da artırılması üçün sosial yönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.

Keçən ilin büdcəsi rekord səviyyədə olarkən bir çox sosial proqramlar həyata keçirildi, o cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait istifadə olundu. İl ərzində valyuta ehtiyatımız təqribən 5 milyard dollardan çox artmış və bu gün 72 milyard dollara bərabərdir. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, adambaşına düşən ehtiyatlara söykənməlidir və bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır.

Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Buna görə də iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər