PDF Oxu

Siyasət

  • 898

56 hüquqşünas prokurorluq orqanlarına qəbul edilib

image

Keçən ilin aprel ayının 15-də elan edilən 26-cı müsabiqə üzrə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc əməkdaşların Baş Prokurorluqda andiçmə mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənib.Qeyd olunub ki, müsabiqənin nəticələri üzrə namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla, 56 gənc hüquqşünas qulluğa qəbul edilib.Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə müvafiq əmr elan edilib, işə qəbul olunanlar təntənəli surətdə and içib və onlara xidməti vəsiqələri Baş prokuror Kamran Əliyev təqdim edib.Tədbir iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik edib, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarından əminliyini ifadə edib.Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkilib.

Digər xəbərlər