PDF Oxu

Siyasət

  • 952

İcmanın Ağsaqqallar Şurasının və Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin görüş

image

Yanvarın 15-də Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası ilə Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin görüşü keçirilib. SİA xəbər verir ki, İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli görüşdə çıxış edərək Qərbi Azərbaycan İcmasının yaranma tarixi, eləcə də məqsəd və hədəfləri barədə iştirakçılara geniş məlumat verib.İcmanın Prezident İlham Əliyevin tövsiyəsi ilə hazırlanan Qayıdış Konsepsiyası haqqında danışan Ə.Ələkbərli son iki ildə qurumun yerli və beynəlxalq müstəvidə gördüyü işlərdən bəhs edib, soydaşlarımızın ata-baba yurdlarına qayıdışı ilə bağlı xüsusilə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının önəmini vurğulayıb, bu məsələdə Azərbaycan Ağsaqqallar Şurasının görə biləcəyi işlərə diqqəti çəkib.Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində Qərbi Azərbaycanla bağlı məsələyə toxunmasını xatırladaraq hər kəsin üzərinə düşən mənəvi məsuliyyətdən danışıb.Çıxışında Qərbi Azərbaycanla bağlı mühüm tədbirlərin ölkə daxilində və xaricində keçirilməsinin önəminə toxunan Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov zəngin-mədəni irsimizin qorunub saxlanması yolunda gənclərimizlə görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.İcmanın Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov çıxışında bildirib ki, hər iki şuranın hədəfləri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması, Qərbi Azərbaycana qayıdışla bağlı gənclərin fəal iştirakının təşviq olunmasıdır.AMEA-da Qərbi Azərbaycanla bağlı görülən işlər, yaradılan şöbələr barədə ətraflı məlumat verən AMEA-nın prezidenti, Milli Məclis yanında Toponimiya Komissiyasının sədri akademik İsa Həbibəyli Qərbi Azərbaycanla bağlı kitabxananın yaradılması və onun zənginləşdirilməsini öz üzərinə götürdüyünü qeyd edib. AMEA-nın prezidenti çıxışından sonra Əziz Ələkbərliyə AMEA-da Qərbi Azərbaycanla bağlı nəşr olunan kitablar hədiyyə edib.Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, Milli Məclisin deputatı professor Eldar İbrahimov Qərbi Azərbaycanla bağlı Özbəkistan və Türkiyədə tədbirlərin təşkil olunmasını təklif edib.İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov səsləndirilən fikirləri dəstəklədiyini bildirib, ağsaqqallar və gənclər arasında birgə tədbirlərin keçirilməsini təklif edib.Daha sonra İcmanın Ağsaqqallar Şurasının üzvü, professor Əvəz Ələkbərov hər iki şuranın Qərbi Azərbaycan ideologiyası ilə bağlı yol xəritəsinin hazırlanması və bunun əsasında tədbirlərin keçirilməsi təklifi ilə çıxış edib.İcmanın Ağsaqqallar Şurasının üzvü professor Həsən Bayramov Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq müstəvidə tanıdılması üçün daha çox sayda kitabların hazırlanmasının önəmindən danışıb.Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı birgə tədbirlərin keçirilməsinin önəmini vurğulayıb, İcmanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Musayev bölgələrdə birgə tədbirlərin keçirilməsi təklifini irəli sürüb, BDU-nin hüquq fakültəsinin professor Əli Hüseynov, Mehri rayon İcmasının üzvü İsmayıl Əliyev, İcmanın Ağsaqqalar Şurasının üzvü İlqar Abbasov çıxışlarında natiqlərin fikirlərini dəstəkləyərək, təkliflərini bildiriblər.Sonda Ağsaqqallar Şurasının sədri Eldar Quliyevə hədiyyə və kitablar təqdim edilib.

Digər xəbərlər