PDF Oxu

Siyasət

  • 1 407

Azərbaycan XİN Qəzzada atəşkəs elanını alqışlayıb

image

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs və girov mübadiləsi razılaşmasının elanını alqışlayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" hesabında məlumat yayıb."Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əziyyətə son qoyulacaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - paylaşımda qeyd olunub.

Digər xəbərlər