Yanvar ayının 20-də Ağcabədi rayonunun Qəhrəmanlar Parkında qanlı yanvar faciəsinin 35-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin, YAP Ağcabədi rayon təşkilatının aparat işçiləri, YAP fəalları, müəssisə və təşkilatların əməkdaşları, hərbçilər, şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyətinin üzvləri iştirak etdiblər. Əvvəlcə, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Tədbir iştirakçıları şəhidlərin abidəsi üzərinə qərənfil dəstələri düzərək, şəhidlərin əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!