PDF Oxu

Siyasət

  • 582

Əli Kərimlinin 20 yanvar faciəsində təşkil olunan aksiyada gülməsi, onun nadanlığının göstəricisidir ANALİZ

image

Müasir dünya yenidən qurulur və qurulduqca hər bir dövlətin yerinin və rolunun nədən ibarət olduğu məlum olur. Azərbaycan hər sahədə seçilən və dəyər verilən dövlətlərdəndir. Təəssüflər olsun ki, Azərbaycan dünya siyasətində, iqtisadi sferada gücləndikcə bəzi ölkələrin və beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli münasibəti və pozucu niyyətli addımlarının da sayı artmaqdadır. Avropa Oyunları, Eurovision müsabiqəsi, İslam Oyunları, “Formula-1”-in yarışları ərəfəsi olduğu kimi COP29 konfransı öncəsi də ABŞ-ın və Avropanın ermənipərəst dairələrindən qidalanan, maddi və mənəvi dəstək alan hakim zümrəsi Azərbaycana qarşı düşmən münasibətlərini iyrənc xarakter aldı. Bu cür iyrənc kampaniya ilə əsas məkrli niyyətləri COP29 ərəfəsi Azərbaycanın siyasi imicinə zərbə vurmaq, ölkəmizi gözdən salmaqdan ibarət idi. Lakin hər cür qarayaxma kampaniyasına, şər-böhtanlara və mənasız ittihamlara baxmayaraq, Azərbaycan bu mötəbər konfransı böyük uğurla başa çatdırdı. Necə deyərlər, hay-küy qaldırmaq, mənasız yerə iddilarla, şər və böhtanlarla çıxış etmək yamanlığı onlara qaldı. Ümumiyyətlə görünən ondan ibarətdir ki, Azərbaycan çox böyük xeyirxah, humanist missiyanı üzərinə götürüb, həyata keçirməyə səfərbər olunduğu zaman AŞPA, Avropa Parlamenti, eləcə də Almaniya, Fransa, ABŞ kimi ölkələrin qara niyyətli qara keşişlərinin Azərbaycanı hədəf seçmələri onların dünyada sülhə, təhlükəsizliyə, insan hüquq və azadlıqlarına düşmən kəsildiklərini göstərir. Bu azmış kimi sözügedən ölkələr və beynəlxalq təşkilatların erməni təəssübkeşləri maliyyə imkanlarına arxalanıb Bakıdakı təmsilçilərini də öz məkrli tezislərini gündəmə çıxarıb, sosial şəbəkələrdə və media müzakirələrində yaymağa təhrik edirlər. Söz və ələbaxan funksiyasını yerinə yetirən Milli Şuranın, AXCP-nin və Müsavatın rəhbərliyi və trolları xor dərnəyinin cükküldəyən üzvləri kimi ağız-ağıza verib ölkəmiz haqqında hədyanlar səsləndirirlər. Bütün günü bu məxluqlar saxta adlar altında sosial şəbəkələrdə dövlətimizin imicinə xələl gətirməyə hesablanan şər və böhtanlar yazır, videolar paylaşırlar. Sual edilir, nəyə görə xalqına düşmən kəsilmisiniz? Nədən dövlətinin beynəlxalq aləmdə imicini ləkələməyə çalışırsınız? Hər bir sualın, sadə cavabı var: maliyyə yardımları və mənəvi dəstək onları doğulub boya-başa çatdıqları dövlətinə və sıralarında yer aldıqları xalqına düşmən kəsilməyə vadar edir, bu məxluqlar o dərəcə milli hissdən, insani dəyərdən uzaqdırlar ki, xalqın milli hüzn günündə belə öz formatlarını qoruyub saxlayırlar.

Faciə günü sırada Əli Kərimlinin dişlərini ağartması çətin suallar yaradır

Nadanlıq və cahillik qandan, soydan gəlir. Necə deyərlər, bu halda öyüd-nəsihət, məsləhət də bir dərs olmaz. Əgər insanın qabında insanpərvərlik yoxdursa və ədəbdən, ərkandan uzaqdırsa, onu düz yola dəvət etmək və normal insan olaraq yetişdirmək mümkünsüzdür. Belə demək olarsa, “quyuya su tökməklə, quyu sulu olmaz”. AXCP sədri Əli Kərimli o şəxslərdəndir ki, daim xalqın hissləri ilə oynamaq yolunu tutub. Müxtəlif hiyləgər addımlar atmaqla, məkrli, pozucu açıqlamalar verməklə xalqa qarşı çıxdığını nümayiş etdirib. Hətta xalqın hüzn günlərində müxtəlif təxribatlar törətməyə cəhd etməklə xalqın əsəbləri ilə oynayıb. Dəfələrlə Xocalı soyqırımı, 20 Yanvar faciəsi günlərində anormal açıqlamalarla çıxış edib. Hətta xalqın gözyaşlı şəhidləri ziyarət etməsindən istifadə edərək, təxribatlar törətməyə cəhdlər göstərib. 20 Yanvar faciəsi günündə də Ə.Kərimli və ətrafında olan trol yığnağı öz həyasız əməllərindən əl çəkmədi. Ə Kərimli ilk öncə sıra ilə ziyarətə qarşı çıxaraq növbədənkənar ziyarəti həyata keçirməyə cəhdlər göstərdi. İnsanların narazılığını gördükdən sonra əski mövqeyinə qayıdıb, yüksək səslə anormal fikirlər söylədi. Bu da nəticə vermədiyini gördükdə gülərək dişlərini ağartdı. Bununla ədəb qaydalarından uzaq olduğunu nümayiş etdirdi. Təsdiq etdi ki, onun üçün faciədə susmaq və xalqın dərdinə şərik olmaq hissi yoxdur. Onun üçün əsas öz siyasi maraqlarını müxtəlif məzhəkələrlə həyata keçirmək və ən azı mətbuatın diqqətini özünə cəlb etməkdir. Ancaq bu məqamda belə inandırıcı deyil ki, özünə hörmət edən hansısa jurnalist Ə.Kərimlinin faciə günü gülməsinə ciddi reaksiya verib, ciddi bir yazı hazırlayaraq dərc edə. Ona görə də, Ə.Kərimlinin bu yöndəki nadanlığı keçərli olmayacaq. Əksinə onu qınayıb, ittiham hədəfinə çevirəcəklər.

İLHAM ƏLİYEV

Digər xəbərlər